Ukrayna onlar üçün döyüşən azərbaycanlılardan utansın!

GÜNDƏM bölməsi

13:02 - 8 Dekabr 2022

 Ukrayna onlar üçün döyüşən azərbaycanlılardan utansın!

Xalq artisti Flora Kərimova Ukraynada həbs olunan Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının 8 il azadlıqdan məhrum olunmasına sərt reaksiya bildirib.

Yenipress.az xəbər verir ki, xalq artisti İnstaqram səhifəsində Misir Qasımlıya 8 il iş kəsən hakimə və Ukrayna hökumətinə etirazını bildirib:

“Misir Qasımlıya 8 il iş kəsildi. Məmləkətində müharibə gedən Ukrayna imkan verməməli idi ki, 44 günlük qalibiyyətimizin heyfini diz üstdə qoyduğumuz düşmənimiz bir qazimizdən çıxsın. Azərbaycan dövləti, Azərbaycan xalqı ən çətin vaxtında, siyasi riskə gedib onlara hər cəhddə dayaq oldu. Ukraynalı hakim, Ukrayna ədaləti bu qərarı qəbul edəndə heç olmasa, Ukrayna torpağı uğrunda canını qurban verən azərbaycanlı şəhidlərimizin ruhundan və azərbaycanlı adını daşıyan Misirdən utanmalı idi. Bu qərar Ukrayna ədalətinin özünün vicdanına vurduğu xəncərdir”.

Xəbər xətti


Digər xəbərlər