Jurnalisti Xocalıya buraxmayan sülhməramlı ermənidir - Şok

GÜNDƏM bölməsi

15:02 - 7 Dekabr 2022

 Jurnalisti Xocalıya buraxmayan sülhməramlı ermənidir - Şok

Rus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və " idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir. Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi də bu ehtimalı gücləndirir.

Yenipress.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev qeyd edib. Ekspert hərbçinin geyim formasını və nişanları əsas gətirib:

“Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır”.

Xəbər xətti


Digər xəbərlər