Vasif Talıbovun hakimiyyət şəcərəsi - Siyahı

GÜNDƏM bölməsi

23:00 - 6 Dekabr 2022

 Vasif Talıbovun hakimiyyət şəcərəsi - Siyahı

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohum-əqrəbasının hansı vəzifələrdə çalışdığı haqda məlumat yayılıb.

Yenipress.az xəbər verir ki, siyahını journalist Həbib Müntəzir dərc edib.

Beləliklə, “Naxçıvan xanı”nın hakimiyyət şəcərəsi:

- Naxçıvan Baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi Məhərrəm Talıbov – V.Talıbovun qardaşı;

- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Vasif oğlu Talıbov – V.Talıbovun böyük oğlu;

- Naxçıvan Ali Məclisinin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru Seymur Vasif oğlu Talıbov - kiçik oğlu;

- “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü Baharxanım Vasif qızı Talıbova – qızı;

- Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru İbrahim Ədalət oğlu Salmanov – V.Talıbovun kürəkəni

- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, “Tərəqqi” medallı  Ədalət İbrahim oğlu Salmanov – V.Talıbovun qudası;

- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-mayor Səxavət Salmanov – V.Talıbovun qudasının qardaşı;

- Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Fazil Nəriman oğlu Ələkbərov – V.Talıbovun qudası olub;

- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat Behruz Nurəddin oğlu Əzimov – V.Talıbovun digər qudası;

- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri;

- Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Məhərrəm oğlu Novruzov – V.Talıbovun bacısının əri;

- DSMF-in Abşeron rayon şöbəsinin müdiri Məhərrəm Novruzov – V.Talıbovun yeznəsinin qardaşı;

- Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri Sənufər Soltanova – Talıbovun qayınanası…

Xəbər xətti