Ukraynada daha bir azərbaycanlı həlak oldu

GÜNDƏM bölməsi

20:47 - 6 Dekabr 2022

 Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada Azərbaycan vətəndaşı Ziya Nadirov həlak olub.

Yenipress.az xəbər verir ki, bu barədə onun anası Gülnarə Əlibəyova sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Z.Nadirov Ukrayna tərəfində döyüşüb və dekabrın 4-də döyüş zamanı həlak olub.

Z.Nadirovun ölüm yeri dəqiqləşdirilməyib.

41 yaşlı mərhumun 2 oğlu qalıb.

Xəbər xətti


Digər xəbərlər