Erməni deputat Ramil Səfərovdan danışdı

SİYASƏT

16:04 - 2 Dekabr 2022

 Erməni deputat Ramil Səfərovdan danışdı

Ermənistanın Macarıstanla diplomatik münasibətləri bərpa etmək qərarı biabırçılıqdır.

Yenipress.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu dekabrın 2-də jurnalistlərə müsahibəsində parlamengtin “Hayastan” blokunun deputatı, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Onun fikrincə, Macarıstanla əlaqələri yaxşılaşdırmaq Ermənistan hakimiyyətinin onurğasız siyasət yürütdüyünə dəlalət edir.

Saqatelyan əlavə edib ki, Ermənistan hakimiyyəti bu addımı ilə Macarıstanda ermənini zabitini öldürən və Azərbaycanda qəhrəman kimi qarşılanan Ramil Səfərovu bağışlamış olur.

Erməni deputat bütün bunların ümumi siyasət kontekstində həyata keçirildiyinə əminliyini ifadə edərək, deyib ki, Türkiyə, Azərbaycan və Ermənistan dövlət başçılarının Praqadakı görüşündə Macarıstanın baş nazirinin iştirakı təsadüfi olmayıb.

Qeyd edək ki, Polşada keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyartonun görüşündə tamhüquqlu diplomatik münasibətlərin bərpası barədə razılıq əldə olunub.

Xatırladaq ki, Ermənistan 2012-ci ildə Macarıstanda erməni leytenant Qurgen Markaryanın qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş azərbaycanlı zabit Ramil Səfərovun sonradan Bakıya ekstradisiyasına görə Macarıstanla diplomatik münasibətləri dayandırmışdı

Xəbər xətti