SEPAH-ın məxfi bülletenləri yayıldı

DÜNYA

14:14 - 1 Dekabr 2022

 SEPAH-ın məxfi bülletenləri yayıldı

“Blak Rivard” adlı haker qrupu SEPAH-a bağlı Fars Xəbər Agentliyinin internet saytı və daxili sistemini ələ keçirdikdən sonra maraqlı məlumatlar ortaya çıxıb.

Yenipress.az xəbər verir ki, bu bülletenlərin birində 24 noyabr 2022-ci il tarixli etiraz aksiyalarının yeni mərhələsi başlayandan sonra “inqilabçı qüvvələr” arasında “şübhələr və qeyri-müəyyənliklər” yarandığı vurğulanır.

“Bir çox inqilab qüvvələrinin etirazların baş verdiyi meydanlarda da “şübhə və qeyri-müəyyənliklər” içində olduğu bildirilir.

Bu bülleteni hazırlayanlar "inqilabçı kəsimin bu şübhələrə və qeyri-müəyyənliklərə cavab verməli olduğunu" qeyd ediblər.

İbrahim Rəisinin kabinetinin fəaliyyətini nəzərdən keçirmək üçün hazırlanan bu bülletendə “ekspertlər qrupu”nun iclasının bir hissəsində Qulamhüseyn Haddad Adil Əli Xamenei ilə görüşünün hesabatını təqdim edir.

Həddad Adilin dediyinə görə, İslam Respublikasının lideri bu görüşdə ona deyib: “Sizin qüvvələriniz bu son izdihamda harada idi?”

İslam Respublikasının liderinə cavab olaraq Həddad Adil “Böyük bir izdiham bu iğtişaşlara nəzarət edə bilər. İndi Bəsic qüvvələrimiz zəifləyib və səfərbərlik gücü yoxdur” - deyib.

Xəbər xətti