İrandakı erməni icması rejimi dəstəklədi

DÜNYA

12:32 - 24 Noyabr 2022

 İrandakı erməni icması rejimi dəstəklədi

İrandakı Erməni Cəmiyyəti Şurası ölkədə baş verən iğtişaşlar fonunda hökumətə dəstək verib və sabitliyi təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

“Son günlər İranda ölkə vətəndaşlarının ölümü və yaralanması, ictimai asayişin və təhlükəsizliyin pozulması ilə nəticələnən terror aktları və iğtişaşlar erməni ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Biz bu müqəddəs torpağın digər din və etnik qrupların nümayəndələri ilə birlikdə İran İslam Respublikası sisteminin və hakimiyyət orqanlarının tərəfindəyik. Ölkədə sabitliyi, təhlükəsizliyi və cinayətlərə, ictimai təhlükəsizliyin pozulmasına görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edirik”, - icma bildirib.

Şükür Məmməd

Xəbər xətti