Zakir Həsənov Gürcüstana getdi

TOPLUM bölməsi

12:10 - 14 Noyabr 2022

 Zakir Həsənov Gürcüstana getdi

Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.

Yenipress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

General-polkovnik Z.Həsənov Tiflisdəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Xəbər xətti


Digər xəbərlər