Rəşad Dağlı apellyasiya şikayəti verəcək?

TOPLUM bölməsi

11:08 - 14 Noyabr 2022

 Rəşad Dağlı apellyasiya şikayəti verəcək?

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) apellyasiya şikayəti vermək niyyətində deyil.

Yenipress.az Report-a istinadən xəbər verir ki, bu barədə Rəşad Dağlının yaxınları bildirib.

Qeyd edilib ki, Qaradağ Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilməyəcək:

"Hazırda Rəşadın səhhəti normaldır. İstintaq davam edir".

Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Xəbər xətti


Digər xəbərlər