Ukraynadakı səfirimiz əsa ilə görüntüləndi - Foto

TOPLUM bölməsi

20:39 - 12 Noyabr 2022

 Ukraynadakı səfirimiz əsa ilə görüntüləndi - Foto

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kassasının qarşısında lentə alınan fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

Məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağının burxulması ilə əlaqədardır.

Xəbər xətti


Digər xəbərlər