32 yaşı olan Pərvin Abıyevanın ad günündən görüntülər - Video

MAQAZİN bölməsi

10:57 - 18 Oktyabr 2022

 32 yaşı olan Pərvin Abıyevanın ad günündən görüntülər - Video

Ötən gün aktrisa Pərvin Abıyevanın 32 yaşı tamam olub.

Yenipress.az xəbər verir ki, aktrisa ailə üzvlərini, yaxınlarını və dostlarını bir araya yığaraq özünə təmtəraqlı ad günü keçirib.

Abıyevanın doğum gün paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Gecənin aparıcısı Samir Bayramlı olub. Pərvinlə dostlarının əyləndiyi qonaqlıq maraqlı şoularla yadda qalıb.

Aktrisanın doğum gününə qatılan məşhurlar arasında Xalq artisti Aygün Kazımova da olub. O, Abıyevaya böyük qızıl buketi təqdim edərək onu ad günü münasibətilə təbrik edib.

Qonaqlıq zamanı Abıyeva iki fərqli libasda olub. O, dərin sinə dekolteli geyimləri ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Aktrisanın ad günündən olan götrüntüləri təqdim edirik:

Xəbər xətti