Ruhəngiz Qasımovanın ölüm səbəbi açıqlandı

MAQAZİN bölməsi

17:43 - 10 Oktyabr 2022

 Ruhəngiz Qasımovanın ölüm səbəbi açıqlandı

Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq.

Yenipress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında mərhum bəstəkar, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.

Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib: “Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək”.

Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb: “On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.

Xəbər xətti