Nadir Qafarzadə vəfat edən bacısı ilə fotosunu paylaşdı

MAQAZİN bölməsi

10:15 - 6 Oktyabr 2022

 Nadir Qafarzadə vəfat edən bacısı ilə fotosunu paylaşdı

Müğənni Nadir Qafarzadə vəfat edən bacısı ilə bağlı paylaşım edib.

Yenipress.az xəbər verir ki, o, instaqram hesabında Sərvinaz xanımla çəkilən fotolarını paylaşıb.

O, bacısının vəfatına görə dərin hüzn hissi keçirdiyini və kədərləndiyini ifadə edib:

"Canı əzab-əziyyətdən, zülmdən qurtulan bacım! Bu dünyada o qədər zülm çəkdin ki, o biri dünyada sənə soğu-sual olunmayacaq. Allah sənə rəhmət etsin, Sərvinaz!"

Xatırladaq ki, ifaçının 58 yaşlı bacısı Sərvinaz Müqbilova ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xəbər xətti