Avtomobil qonşular arasında qan saldı

KRİMİNAL bölməsi

09:26 - 24 Sentyabr 2022

 Avtomobil qonşular arasında qan saldı

Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, dava hər iki qonşunun avtomobilini park etməsi üstündə olub.

Qobustan qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.

Xəbər xətti