Bakıda naməlum şəxs avtobusa hücum edib, şüşələrini sındırdı - Video

KRİMİNAL bölməsi

13:04 - 20 Sentyabr 2022

 Bakıda naməlum şəxs avtobusa hücum edib, şüşələrini sındırdı - Video

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Daha sonra isə nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib.

Araşdırma aparılır.

Xəbər xətti