Müğənni Hiss şəhid Səbuhi ilə eyni uşaq evində böyüyübmüş - Foto

MAQAZİN bölməsi

14:42 - 14 Sentyabr 2022

 Müğənni Hiss şəhid Səbuhi ilə eyni uşaq evində böyüyübmüş - Foto

Müğənni Hiss Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı paylaşım edib.

Yenipress.az xəbər verir ki, o, İnstaqram hesabında şəhid Səbuhi ilə eyni uşaq evində böyüdüyünü bildirib.

"Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!", - deyə müğənni yazıb.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xəbər xətti