Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürdü

KRİMİNAL bölməsi

10:17 - 12 Sentyabr 2022

 Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürdü

Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.

Bu barədə Yenipress.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir

Xəbər xətti