İstanbulda silahlı insident: 4 azərbaycanlı yaralandı - Video

KRİMİNAL bölməsi

10:05 - 12 Sentyabr 2022

 İstanbulda silahlı insident: 4 azərbaycanlı yaralandı - Video

İstanbulun Sarıyer bölgəsindəki ticarət mərkəzinin kafesində silahlı insident yaşanıb.

Yenipress.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

İki qrup arasında baş verən silahlı insident zamanı 6 nəfərin yaralandığı bildirilir.

Yaralı şəxslərdən 1-i Türkiyə, 4-ü Azərbaycan, 1-i isə İran vətəndaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti