Baxın rəsmi statistikaya: bu, faciədir

İQTİSADİYYAT bölməsi

21:27 - 17 Avqust 2022

 Baxın rəsmi statistikaya: bu, faciədir

Rəsmi statistikaya görə, 2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın 22 milyard 565 milyon 90 min dollarlıq cəmi ixracının 92.55%-ni neft-qaz sektoruna daxil olan mallar formalaşdırıb. Bu faciədir, bunun adı "ölümü ertələməkdir".

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, neft-qazdan bu qədər asılılıq sonda hamımızın başında partlayacaq:

“Ümumiyyətlə, neft-qaz, qeyri-neft sektoru mənasız deyimlərdir - var resurs iqtisadiyyatı, bir də var real sector. Azərbaycanda qızıl ixracatını da qeyri-neft sektoru sayırlar, belə mənasız tanımlama olmaz, qızıl da, neft də, digər metal filizlər də (emal edilmədən satılan) resurs iqtisadiyyatına aiddir. Azərbaycanın real sektorunun iqtisadi gücü zəif Afrika ölkələri səviyyəsindədir, neft-qazı çıxsaq, makro-iqtisadi göstəricilərdə Gürcüstandan 2,5 dəfə geriyə düşərik. Faciədir...”

Xəbər xətti