Röya Şəhidimizin sevgilisinə yazdığı sözlərə mahnı oxudu - Video

MAQAZİN bölməsi

09:21 - 11 Avqust 2022

 Röya Şəhidimizin sevgilisinə yazdığı sözlərə mahnı oxudu - Video

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Yenipress.az xəbər verir ki, bu barədə o, İnstaqramda paylaşım edib.

“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”, - deyə o, bildirib.

Mahnı “Yada düşürsən” adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə həsr olunan sözləri qiraət edib.

Qeyd edek ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

 

Xəbər xətti