DGK sədrinin iki birinci müavini olacaq - Fərman

TOPLUM bölməsi

15:17 - 18 İyul 2022

 DGK sədrinin iki birinci müavini olacaq - Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.5-ci bəndində dəyişiklik edilib. Dəyişikliyə əsasən Dövlət Gömrük Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki birinci müavini olacaq.

Xəbər xətti


Digər xəbərlər