Eyvazov Zeynalova yüksək vəzifə verdi

TOPLUM bölməsi

12:25 - 18 İyul 2022

 Eyvazov Zeynalova yüksək vəzifə verdi

Daxili İşlər Orqanlarında növbəti təyinat baş tutub.

Yenipress.az Manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Elnur Zeynalov Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev bir müddət bundan əvvəl tutduğu vəzifəsindən azad olunaraq daha aşağı vəzifəyə, Suraxanı Rayon Polis İdarəsində müstəntiq vəzifəsinə təyin edilib.

Xəbər xətti