Azərbaycanlı teleaparıcı Ukraynada həlak oldu

TOPLUM bölməsi

11:41 - 18 İyul 2022

 Azərbaycanlı teleaparıcı Ukraynada həlak oldu

Ukraynada gedən ağır döyüşlər zamanı teleaparıcı Kərim Qulamov həlak olub.

Bu barədə yaxınları Kərim Qulamovun şəxsi Feysbuk əhifəsində məlumat yerləşdiriblər.

Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.

Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan Qulamov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.

Xəbər xətti