Pərvinlə sevgili olduğu deyilən deputat danışdı

MAQAZİN bölməsi

15:30 - 7 İyul 2022

 Pərvinlə sevgili olduğu deyilən deputat danışdı

Tik Tok və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə deputat Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala çevrilib.

Yenipress.az xəbər verir ki, deputat haqqında yayılan məlumatların pərdəarxasını Yenisabah.az-a açıqlayıb. O, bu məlumatların həqiqəti əks etdirmədiyini və qarayaxma olduğunu bildirib:

“Bildiyiniz kimi qarşı tərəf (Pərvin Abıyeva) bu iddiaları cavablandırıb. Bunlar Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır”.

Cavid Osmanov bu iddiaları kimlərin mediaya buraxdığını da açıqlayıb:

“Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir”.

Deputat bu kampaniyanın səbəbindən də danışıb:

“Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım həmin adamları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam. Daxilimizdə olan erməniyə xidmət edən müxalifət qüvvələr və blogerlər haqqımda qarayaxma apararaq boş-boş işlərlə məşğuldurlar. Bir daha bəyan edirəm, bu yayılan məlumatlar cəfəngiyyatdır, belə bir xəbərin doğru olması mümkün deyil.”

Xəbər xətti