Cavanşir Məmmədov "xalq artisti" adına görə efirdə ağladı - Video

MAQAZİN bölməsi

11:58 - 6 İyul 2022

 Cavanşir Məmmədov

Füruzə sırtıq, özünü ora-bura soxan adam deyil. Mən də eləyəm.

Yenipress.az Bizim.Media-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Tarixin bir günü” günorta şousunda deyib.

Səhnə fəaliyyətindən söz açan sənətçi, hələ də “Xalq artisti” fəxri adına layiq görülmədiyinə görə kövrələrək, canlı efirdə göz yaşı axıdıb.

“28 ildir ki Azərbaycanın kəndi-kəsəyi, kasıb ailələrin məclisləri qalmayıb ki, biz orada iştirak etməyək. Nazirin toyunda iştirak etmişik, 5000 manat pul veriblər. Onu götürməmişəm, özünə qaytarmışam. Demişəm ki, biz 3500 manata oxuyuruq. Söyləmişəm ki, dəsti-xətti pozmayaq. Axı bu zəhmətin nə zamansa haqqı veriləcək (“Xalq artisti” fəxri adını nəzərdə tutur). Kövrələrəm də, adam deyiləm mən? (ağlayır)”.

Xəbər xətti