Bələdiyyə sədri mühafizəçi və polislərə hücum çəkdi – İmişlidə şok olay

TOPLUM bölməsi

11:24 - 24 İyun 2022

 Bələdiyyə sədri mühafizəçi və polislərə hücum çəkdi – İmişlidə şok olay

İmişli rayonunda bələdiyyə sədri mülki mühafizəçiyə hücum edib, polis əməkdaşlarına müqavimət göstərib. 

Yenipress.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə İmişli regional “ASAN” xidmət mərkəzinin qarşısında baş verib. 

Orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə  tabe olmayan İmişli rayon Xəlfəli kənd bələdiyyəsinin sədri Seymur Xudiyev onların ünvanına nalayiq söyüşlər söyüb.

İmişli rayon polis şöbəsində Seymur Xudiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə protokol yazılıb. 

Seymur Xudiyev izahatında bildirib ki, hadisə baş verən zaman “Honda Akkord” markalı avtomobillə İmişli regional “ASAN” xidmət mərkəzinə gəlib: 

“Mərkəzin qarşısında yerləşən dayanacağa girmək istəyən zaman bir nəfər mülki mühafizə işçisi mənə yaxınlaşdı. Duracaqda yer olmadığını bildirdi. Mən isə ona bir dəqiqəlik yuxarı qalxıb, düşəcəyimi dedim. Avtomobildən yerə düşmək istəyərkən mülki mühafizəçi avtomobilin qapısını örtdü. Ünvanıma nalayiq ifadələr işlətdi”. 

Bələdiyyə sədrinin sözlərinə görə, bundan sonra avtomobildən yerə düşüb və həmin mülki mühafizəçiyə tərbiyəli olmasını deyib: 

“Bununla da aramızda mübahisə yarandı. Sonra həmin yerə polis əməkdaşları gəldi və məni yerə yıxdılar. Mobil telefonum sınaraq yararsız vəziyyətə düşdü, özüm isə ayaqlarımdan xəsarət aldım”. 

Bələdiyyə sədri qeyd edib ki, hadisə ilə bağlı təqsiri yoxdur. İmişli rayon polis şöbəsində tərtib olunan protokol baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə Seymur Xudiyev 200 manat cərimə olunub.

Xəbər xətti


Digər xəbərlər