Azərbaycanlı müğənni dələduzların qurbanı oldu

MAQAZİN bölməsi

13:59 - 30 May 2022

 Azərbaycanlı müğənni dələduzların qurbanı oldu

Dostlar, mənim adımdan profil şəklimi qoyub, kart nömrəsi ataraq sizlərdən pul istəyən olarsa, qəti şəkildə aldanmayın. Hansısa firildaqçılar, dolandırıcılar bir neçə insanı aldadıb: guya "xəstəxanadayam, pulum çatmır" adıyla Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib.

Yenipres.az xəbər verir ki, bu sözləri müğənni Vaqif Şixəliyev sosial şəbəkə hesabında yazıb.

O, bir şəxsin onun adından istifadə edərək pul yığdığını və bu yolla dələduzluğa əl atdığını bildirib. V.Şixəliyev başına gələn xoşagəlməz hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyib.

"Sizdən ehtiyatlı olmağınızı, bu kimi fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər. Artıq bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm".

Xəbər xətti


Digər xəbərlər