İtalya yenidən bu layihəyə qayıda bilər

DÜNYA bölməsi

15:05 - 29 Mart 2024

 İtalya yenidən bu layihəyə qayıda bilər

“Bir kəmər, bir yol” təşəbbüsündən imtina İtaliya üçün sərfəli deyil və ölkənin  əlaqəli layihələrə qayıtması ehtimalı hələ də var.

Yenipress.az xəbər verir ki, bunu İtaliyanın iqtisadi inkişaf nazirinin keçmiş müavini Mişel Geraçi deyib.

“İtaliyanın “Bir kəmər, bir yol”dan çıxması üçün heç bir tutarlı səbəb yoxdur və belə bir tədbirin təşəbbüskarlarının məntiqini başa düşmək həqiqətən çətindir. Onlar heç vaxt inandırıcı izahat vermədilər. Çin hökuməti də İtaliyanın nə üçün müqavilədən çıxdığını anlamadı”, - o bildirib.

Xəbər xətti