YAP bu deputatlarından imtina edir - Seçkiyə yeni namizədlərlə gedəcək

TOPLUM bölməsi

10:04 - 29 Mart 2024

 YAP bu deputatlarından imtina edir - Seçkiyə yeni namizədlərlə gedəcək

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Gününsəsi.info hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək:

“Milli Məclisin YAP-dan olan hazırkı deputlarının bir çoxu siyahıda olmayacaq”.

O da bildirilir ki, YAP-ın irəli sürəcəyi namizədlərin seçimində bu dəfə elə namizədlərə üstünlük veriləcək ki, onlar ədalətli seçkidə qazanmaq iqtidarında olsunlar:

“Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özləri qazanmalıdır”.

Xəbər xətti