İranın keçmiş prezidentinin adı korrupsiya işində hallanır

DÜNYA bölməsi

14:59 - 28 Mart 2024

 İranın keçmiş prezidentinin adı korrupsiya işində hallanır

İranlı ayətullah Kazım Sədiqinin korrupsiya məsələsində İranın keçmiş prezidenti Mahmud Əhmədnejadın da adı hallanıb.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata əsasən, Tehranın ən bahalı bölgələrindən biri olan Əzgüldə yerləşən torpağın İmam Xomeyni Seminariyasına təhvil verilməsi tələbi Mahmud Əhmədnejadın Tehran bələdiyyəsindəki fəaliyyəti dövrünə təsadüf edir.

Belə ki, hesabatın sənədləri arasında bu seminariyanın rəhbəri Sədiqinin ovaxtki bələdiyyədən (yəni Əhmədnejaddan) ən azı 5 min kvadratmetr ərazinin ayrılması ilə bağlı müraciəti var. Həmçinin Tehranın ozamankı meri ilə yazışmalarında ona bitişik ərazinin mədəniyyət kompleksi, məscid və qadınlar üçün seminariya tikintisinə ayrılmasını xahiş edir. Əmlakın vəziyyətinə istinad edən daşınmaz əmlak agentliyi bu əmlakın seminariyaya verilməsini məqsədəuyğun hesab etmir. Lakin bələdiyyə bu köçürmə ilə razılaşır.

Qeyd edək ki, martın 14-də İranın tanınmış din xadimlərindən olan Tehranın cümə imamı Kazım Sədiqi və övladlarının korrupsiya və mənimsəmə əməlləri ifşa olunub.

Xəbər xətti