Rusiya bazarını tərk edən şirkətlər bu qədər pul itiriblər

DÜNYA bölməsi

14:33 - 28 Mart 2024

 Rusiya bazarını tərk edən şirkətlər bu qədər pul itiriblər

Xarici şirkətlər Rusiya bazarını tərk etməklə 107 milyard dollardan çox vəsait itirib.

Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” şirkət hesabatlarına əsasən məlumat yayıb.

“Zərərlərə silinmələr və itirilmiş mənfəət daxildir. Onların həcmi 2023-cü ilin avqustunda son hesablamadan bəri üçdə bir artıb. “Shell”, HSBC, “Polymetal International”, “Yandex” NV şirkətlərinə məxsus aktivlərin ümumi məbləği təxminən 10 milyard dollara 90%-ə qədər endirimlə satışı elan edilib. Keçən həftə “Danone” sövdələşmədən 1,2 milyard avro dəyərində zərərlə Rusiyadakı aktivlərinin satışına icazə aldığını açıqladı”, - məlumatda deyilir.

Yel İdarəetmə Məktəbinin məlumatına görə isə 2022-ci ildən bəri təxminən min şirkət Rusiyanı tərk edib.

Xəbər xətti