Eldar Əfəndiyev vəfat etdi

TOPLUM bölməsi

10:46 - 28 Mart 2024

 Eldar Əfəndiyev vəfat etdi

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.

Xəbər xətti