Ukraynada hərbi xidmətə cəlb olunanlar küçələrdə yaxalanır

DÜNYA bölməsi

17:06 - 27 Mart 2024

 Ukraynada hərbi xidmətə cəlb olunanlar küçələrdə yaxalanır

Ukrayna hərbi komissarları insanları küçələrdə tutmağa məcburdurlar, çünki özünüidarəetmə orqanları tez-tez səfərbərlik prosesini sabotaj edirlər. 

Yenipress.az xəbər verir ki, bunu İvano-Frankivsk vilayətin işə qəbul və sosial dəstək mərkəzinin, həmçinin səfərbərlik və müdafiə işi bölməsinin müdiri Roman Bodnar deyib.

“Qanuna görə hərbi xidmətə cəlb olunanları xəbərdar etməli olan yerli özünüidarəetmə orqanları bu tapşırığı yerinə yetirmir. Bəzən isə açıq şəkildə sabotaj edirlər. Mərkəzləşmədən sonra dövlət strukturu dəyişib. Səfərbərlik zamanı bizə yardım etməli olanlar ya qarşıdan gələn seçkiləri düşünür, ya da həmkəndlilərinin repressiyasından qorxur. Birlikləri doldurmaq üçün indi cəbhə xəttində döyüş tapşırıqlarını yerinə yetirərkən biz küçələrə çıxıb özbaşına xəbərdarlıq tədbirləri həyata keçirməyə məcburuq" , - o bildirib.

Xəbər xətti