HƏMAS bu şəxsin ölümünə şübhə ilə yanaşır

DÜNYA bölməsi

17:04 - 27 Mart 2024

 HƏMAS bu şəxsin ölümünə şübhə ilə yanaşır

HƏMAS qruplaşmanın “Kölgə adam” kimi tanınan komandiri Mərvan İsanın hava hücumunda öldürməsi ilə bağlı iddialara şübhə ilə yanaşır.

Yenipress.az xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü İzzət ər-Rişq öz Teleqram kanalında yazıb.

“Biz İsrail ordusunun qardaş və cihad lideri Mərvan İsanın ölümü ilə bağlı iddialarına etibar etmirik. Netanyahu üzləşdiyi böhranları və İsrailin məqsədlərinə çata bilməməsini ört-basdır etmək üçün bu xəbəri yayır. İzzəddin əl-Qəssam Briqadası məsələ ilə bağlı son sözü deyir”, - o bildirib.

Xəbər xətti