Bayden seçki məğlubiyyətindən qorxur

DÜNYA bölməsi

16:05 - 27 Mart 2024

 Bayden seçki məğlubiyyətindən qorxur

ABŞ prezidenti Co Bayden 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində uduzmaqdan narahat olduğuna görə məsləhət almaq üçün Barak Obamaya zəng edir.

Yenipress.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti Baydenin köməkçilərindən birinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, prezident seçkiləri yaxınlaşdıqca Bayden mütəmadi olaraq Ağ Evin keçmiş prezidenti Obama ilə seçki kampaniyası barədə telefonla danışır. Obama isə strategiyanı müzakirə etmək və məsləhətlər vermək üçün seçki kampaniyasının yüksək səviyyəli məsləhətçilərini və Ağ Evin aparat rəhbəri Ceff Zintsi yanına çağırır.

“Obama Baydenin uduzmasından həmişə narahat olub, ona görə də onu dəstəkləməyə hazırdır”, - məlumatda bildirilib.

Xəbər xətti