Tehranla iş görmək ABŞ-ın sanksiyalarına səbəb ola bilər

DÜNYA bölməsi

15:59 - 27 Mart 2024

 Tehranla iş görmək ABŞ-ın sanksiyalarına səbəb ola bilər

ABŞ Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləməyib və Tehranla iş görməyin sanksiyalara səbəb olma riski ilə bağlı xəbərdarlıq edib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.

“Biz hər zaman hamıya bildiririk ki, İranla iş görmək bizim sanksiyalarımıza səbəb ola bilər və hər kəsdən məsələnin bütün aspektlərini diqqətlə nəzərdən keçirməyi xahiş etmişik”, - o bildirib.

Qeyd edək ki, “Sülh kəməri” kimi tanınan İran-Pakistan qaz kəməri Tehran və İslamabad arasında uzunmüddətli layihədir və bu layihə illər ərzində dəfələrlə gecikdirilib və maliyyələşdirilməsi problemi yaşanıb.

Xəbər xətti