Hraparak: Bu hücum Qərbin Paşinyana xəbərdarlığı idi

GÜNDƏM bölməsi

14:53 - 27 Mart 2024

 Hraparak: Bu hücum Qərbin Paşinyana xəbərdarlığı idi

İrəvanda polis idarəsinə hücum Qərbin Baş nazir Paşinyana xəbərdarlığı olub. Hakim “Mülki Müqavilə” partiyası hesab edir ki, Qərb İrəvanı mümkün qədər tez Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur etmək üçün hakimiyyətə təzyiqləri artırır. Çünki yalnız bu halda Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq arzusu reallığa çevrilə bilər.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Qərb bununla da Paşinyana xəbərdarlıq edir, əgər o, yaxın vaxtlarda heç bir tədbir görməsə, onu hakimiyyətin daha radikal nümayəndəsi əvəz edəcək və bu şəxs Qərbin tələblərini yerinə yetirəcək”, - məlumatda deyilir.

Xəbər xətti