İsrail xəstəxana kompleksinə hücum etdi - Media

DÜNYA bölməsi

12:07 - 27 Mart 2024

 İsrail xəstəxana kompleksinə hücum etdi - Media

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən “Nasir” tibb kompleksinə hücum edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, əsgərlər xəstəxananın ərazisini mühasirəyə alaraq, xəstəxananın bir neçə əməkdaşını və içəridəki qaçqını həbs ediblər. Hərbçilər binanı tərk etmək əmrinə tabe olmaqdan imtina edən məcburi köçkünlərdən olan gənclərə atəş açıblar.

Xəbər xətti