Ermənilər xəritə yaydı: Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyəcək - Foto

GÜNDƏM bölməsi

10:53 - 27 Mart 2024

 Ermənilər xəritə yaydı: Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyəcək - Foto

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, hərbi ekspert Tiqran Abramyan 8 kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş bölgəsində yaranacaq vəziyyətlə bağlı xəritə yayıb.

Yenipress.az Publika.az-a istinadən xəbər verir ki, T.Abramyan kəndlərin 4+4 sxemi üzrə qaytarılacağını bildirib.

O, Azərbaycan ordusunun irəliləyərək, yerləşəcəyi yeni mövqelərin də xəritədə əks olunduğunu qeyd edib.

“Bu xəritədə 8 kəndin təhvil verilməsindən sonra yaranacaq problemlər aydın şəkildə əks olunub. Qısa olaraq qeyd edim ki, Noyemberyan şəhəri və qonşu kəndlər yarımmühasirə vəziyyətinə düşəcək, eyni zamanda, azərbyacanlılar Lori rayonunun müxtəlif yaşayış məntəqələrindən təhlükə yarada biləcək məsafədə yerləşəcəklər. Tavuşun, ümumilikdə Ermənistanın əsas rabitələri ya pozulcaq, yaxud yeni yollar çəkilsə də, onlar azərbaycanlıların nəzarət zonasına düşəcək”, - Abramyan iddia edib.

Xəbər xətti