Ermənistan 9-cu kəndi də geri qaytarır

GÜNDƏM bölməsi

10:15 - 27 Mart 2024

 Ermənistan 9-cu kəndi də geri qaytarır

Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədləri demarkasiya etməyə hazırlaşır. Uzun müddətdir ki, Nikol Paşinyanın Gürcüstana da müəyyən əraziləri geri qaytaracağı barədə şayiələr gəzir. Xüsusilə bu, Lori mərzinin Alaverdi bölgəsində yerləşən Ermənistan-Gürcüstan sərhədindəki Ciliza kəndinə aiddir.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə yenidən sərhədlərin demarkasiyası məsələsini gündəmə gətirib. Gürcüstanla strateji əməkdaşlıq bəyannaməsi mövzusunda demarkasiya mövzusu müzakirə olunub. Lakin hələ ki rəsmi açıqlama yayılmayıb”, – məlumatda deyilir.

Xəbər xətti