Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam doldu

TOPLUM bölməsi

19:24 - 24 Mart 2024

 Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam doldu

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam dolub.

Yenipress.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib.

Bildirilib ki, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Onların dediyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.

Xəbər xətti