Azərbaycanlı repçi "Krokus" terrorunda zərər çəkənlərə 1 milyon ianə etdi

MAQAZİN bölməsi

19:19 - 24 Mart 2024

 Azərbaycanlı repçi

Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) Moskvada “Krokus Siti Holl”ticarət mərkəzində silahlı insident nəticəsində zərər çəkənlərə maddi yardım edib.

Yenipress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında qeyd edib.

Navai Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18 451 manat) bağışlayıb.

Repçi izləyicilərini də yardıma səsləyib.

Xəbər xətti