Ağalarov danışdı: Terrorçular zala belə girib - Video

GÜNDƏM bölməsi

23:55 - 23 Mart 2024

 Ağalarov danışdı: Terrorçular zala belə girib - Video

Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb.

Yenipress.az xəbər verir ki, bunu “Krokus Siti Holl”un sahibi, iş adamı Araz Ağalarov konsert zalında 22 martda baş verən terror aktı ilə bağlı deyib.

O qeyd edib ki, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.

"Əllərində avtomatla daxil olublar və hər kəsə atı açıblar. Mühafizəçilərdən - bizdə mühafizəçi yoxdur, nəzarətçi var - biri ölüb, digəri yaralanıb", - o əlavə edib.

Xəbər xətti