"Krokus" terroru: ölənlərin sayı 137-yə çatdı

DÜNYA bölməsi

18:47 - 24 Mart 2024

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus Siti Holl” (Crocus City Hall) konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

Yenipress.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi bildirib.

“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyitin kimliyi müəyyən edilib”, – qurumun açıqlayıb.

Eyni zamanda, “RİA Novosti” konsert zalındakı dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib. Ölənlərin sayının artması istisna edilmir.

Xəbər xətti