“Krokus" terroru: ölən 50 nəfərin şəxsiyyəti müəyyən edildi

DÜNYA bölməsi

21:35 - 23 Mart 2024

 “Krokus

“Krokus Siti Holl”da terror aktı nəticəsində həlak olanların 50 nəfərdən çoxunun şəxsiyyəti müəyyən edilib.

Yenipress.az xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

O qeyd edib ki, terror aktı ilə yanaşı, yanğının da törədildiyi “Crocus City Hall”ın dağıntıları bazar gününə kimi təmizlənəcək.

Terror aktını törətməkdə şübhəli bilinən və Brayanskda saxlanılan şəxslər Moskvaya gətirilib.

Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Xəbər xətti