“Krokus Siti Holl”da terror törədənlərin başçısı olduğu ehtimal edilən şəxs dindirildi - Video

DÜNYA bölməsi

18:09 - 23 Mart 2024

 “Krokus Siti Holl”da terror törədənlərin başçısı olduğu ehtimal edilən şəxs dindirildi - Video

Moskvadakı “Krokus Siti Holl”(Crocus City Hall) kompleksində baş verən terror aktını törədən şəxslərin başçısı olduğu iddia edilən şübhəli saxlanılıb.

Sosial şəbəkələrdə onun dindirilməsinin görüntüləri yayılıb.

Şübhəlinin sözlərinə görə, o, magistral yolda yerləşən yataqxanada Muhammad adlı şəxslə yaşayıb. Daha sonra terrordan 10-12 gün əvvəl Teleqramda Abdulla adlı şəxslə tanış olub. Abdulla qohumlarından avtomobil alaraq taksi kimi işlədib.

Saxlanılan şəxslə tərcüməçi vasitəsilə tacik dilində ünsiyyət qurulub.

Xatırladaq ki, bundan əvvəl daha bir şübhəlinin dindirilməsinin görüntüləri yayılıb. O, 500 min rubl (təxminən 9200 manat) müqabilində terror törətdiyini etiraf edib.

Xəbər xətti