Moskvada dəhşətli atışma: 130 nəfər öldü - Video

TOPLUM bölməsi

23:49 - 22 Mart 2024

 Moskvada dəhşətli atışma: 130 nəfər öldü - Video

22:00

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti holl” kompleksində atışma baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb.

Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb.

***

Rusiya mətbuatının məlumatına görə, kamufulyaj geyinmiş 3 naməlum şəxs ətrafdakılara atəş açıb.

Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb.

Bildirilib ki, yanğınsöndürənlər binadakı yanğına və orada qalan insanların xilas edilməsinə başlaya bilmir, xüsusitəyinatlıları gözləyir.

***

Moskvada “Krokus Siti holl” kompleksində baş vermiş atışma nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

***

Rusiyanın 112 Teleqram kanalının məlumatına görə, ölənlərin sayı 130-a çatıb.

Xəbər xətti