Navalnının anasının bu iddiası rədd edildi

DÜNYA bölməsi

17:45 - 21 Mart 2024

 Navalnının anasının bu iddiası rədd edildi

Rusiya məhkəməsi Navalnının anasının lazımı tibbi yardım göstərilməməsi ilə bağlı iddiasını rədd edib.

Yenipress.az xəbər verir ki, bu barədə "Röyters" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın məhkəməsi rusiyalı müxalifət lideri Aleksey Navalnının anası Lyudmila Navalnayanın düzgün olmayan tibbi yardımla bağlı iddiasını rədd edib.

Qeyd edək ki, 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb. Yaxınları ona lazımı tibbi yardımın göstərilməsinə şübhə etdiyi üçün məhkəməyə müraciət edib.

Xəbər xətti