ABŞ husilərin dron və PUA-larını məhv etdi

DÜNYA bölməsi

16:16 - 21 Mart 2024

 ABŞ husilərin dron və PUA-larını məhv etdi

ABŞ qüvvələri Husilərin nəzarətindəki bölgələrdə qruplaşmaya məxsus dron, pilotsuz təyyarə və pilotsuz gəmini hədəf alıb.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata əsasən, beynəlxalq hərbi koalisiyanın qırıcısı Qırmızı dənizdə husilərə məxsus pilotsuz uçan aparatı, ABŞ qüvvələri isə pilotsuz “Şahpad” gəmisini məhv edib.

Hücum nəticəsində heç bir itki və dağıntı qeydə alınmayıb.

Xəbər xətti