Bu ölkədə NATO-nun ən böyük bazası tikilir

DÜNYA bölməsi

17:28 - 19 Mart 2024

 Bu ölkədə NATO-nun ən böyük bazası tikilir

Rumıniyada Avropanın ən böyük NATO bazasının tikintisinə başlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Məlumata görə, hərbi obyektin ümumi perimetri 30 km olmaqla 2800 hektar ərazi olacaq:

“Bazada daimi olaraq 10 minə qədər NATO əsgəri və onların ailələri yerləşdirə bilər. Bazanın tikintisinin ilkin dəyəri 2,5 milyard avro qiymətləndirilir. Konstansa dairəsindəki baza uçuş-enmə zolaqları, təyyarə anqarları, silahların, yanacaq-sürtkü materiallarının saxlanması və yerləşdirilməsi üçün qurğular, təlim avadanlıqları, məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxana ilə təchiz ediləcək. Kompleksin giriş yolları və elektrik şəbəkəsinin çəkildiyi cənub hissəsində artıq işlərə başlanılıb. Baza 2040-cı ildə tam istifadəyə veriləcək. Nəticədə Koqelniçanu kompleksi NATO-nun Avropadakı ən böyük hərbi bazasına çevriləcək”.

Xəbər xətti